fbpx

“Gülüstan” sarayında İES-in təməlqoyma mərasimi keçirilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısı tədbirdə çıxış edib.

Rüya tabirlerini burdan oku

Daha sonra İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso çıxış edərək deyib:

– Son illər ərzində İtaliya ilə Azərbaycan arasında güclü əlaqələri möhkəmləndirən çoxsaylı və mühüm görüşlər ənənəsini daha da inkişaf etdirmək məqsədilə bu gün burada olmaqdan son dərəcə məmnunam. Biz artıq neçənci dəfədir ki, Azərbaycana səfər edirik. Biz Azərbaycanın tarixi dostuyuq və cənab Prezidentin artıq qeyd etdiyi kimi üçüncü nazirdir ki, bu gün Bakıya səfər edir. Müdafiə naziri, energetika naziri və bu gün isə şirkətlər naziri Bakıdadır. Bu, əslində, İtaliya ilə Azərbaycan arasında güclü əlaqələrin olmasını göstərir.

2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən burada qəbul olunmuşdur. Həmin səfərdən cəmi iki il sonra Azərbaycan Prezidenti 2020-ci ildə Romaya səfəri ilə bizi şərəfləndirdi. Həmin il Azərbaycan mədəniyyətinin İtaliyada mühüm ili oldu və sonra dövlət başçısı yenidən ölkəmizə səfər etdi. Mən isə nazir kimi, – həmçinin Azərbaycana əvvəllər də səfər etmişəm, o vaxt mən xarici ticarət naziri idim, – 2020-ci ildə etdiyim səfərə gəldikdə, bu, mənim məhz ərazilərin işğaldan azad edilməsindən sonra, müharibədən sonra etdiyim ilk səfər idi.

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə çərçivəsində Bakı ilə Roma arasında xüsusi münasibətlərə böyük inamla yanaşırıq, iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığa əsaslanan mövcud münasibətlərin, siyasi dialoqun hərtərəfli genişləndirilməsi üçün davamlı və əmin şəkildə çalışırıq.

Ölkələrimiz arasında yaradılmış siyasi anlaşma və dostluğu, eləcə də geniş əhatəsi olan iqtisadi əməkdaşlığın davamlı gücləndirilməsini yüksək dəyərləndiririk. Həmçinin biz energetika sahəsində çalışırıq. İtaliya ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərini bundan sonra da gücləndirəcəyik. Biz, həmçinin iqtisadiyyat sahəsində çalışırıq. İtaliya Azərbaycanın birinci ticari tərəfdaşıdır və Azərbaycan İtaliyanın əsas enerji təchizatçılarından biridir. Cənab Prezident burada bizim həyata keçirəcəyimiz layihənin vacibliyini qeyd etdi. Söhbət burada, həmçinin TAP boru kəmərinin buraxılış qabiliyyətinin iki dəfə artırılmasından gedir. Beləliklə, İtaliyaya daha çox təbii qaz daxil olacaqdır.

İki ölkə arasında dostluq əlaqələri və geniş əməkdaşlıq təhsildən tutmuş mədəniyyətədək müxtəlif sektorlarda əməkdaşlığın genişləndirilməsini təmin etmişdir. Bu gün Sizin nəhəng “Azərenerji” şirkəti ilə “Ansaldo” arasında qurulan bu tərəfdaşlıq tarixi bir hadisədir. Bu, həmçinin dövlətin səlahiyyətində olan əlavə imkanlar hesabına təmin ediləcəkdir. “Ansaldo” şirkəti İtaliya sənayesinin mühüm bir hissəsidir, onun tarixi 170 ili əhatə edir. Həmin müəssisə 170 il bundan əvvəl Genuya şəhərində təsis edilmişdir və bu gün onun fəaliyyəti beynəlxalq səviyyədə həyata keçirilir.

Beləliklə, biz yeni bir səhifəni açırıq, enerjiyə, təmiz enerjiyə keçidi təmin etməyə çalışırıq. Qeyd etmək istəyirik ki, “Ansaldo Energia”nın avadanlıqları bu gün dünyanın bir çox yerlərində istismar olunur və onlar etibarlılığına görə universal şəkildə tanınır. Onlar italyan mühəndisliyinin məhsulu olmaqla yanaşı, İtaliyada istehsal edilmiş ən yaxşı mallarımızın mühüm hissəsidir və biz bundan fərəhlənirik. Bu mənada beləliklə, əminəm ki, İtaliyanın bacarıqları Azərbaycanda ətraf mühitə dair qanunvericiliyin qoyduğu tələblər əsasında hamı üçün enerjinin təmin edilməsinə yönəlmiş Sizin milli energetika planınızı müşayiət edəcək ən yaxşı alət olacaqdır.

Enerji bundan sonra da strateji mövzu olaraq qalacaqdır və İtaliya, öz növbəsində, sizin enerjiyə keçid prosesində iştirak etmək istəyir. Əlbəttə ki, bərpaolunan enerji sahəsində layihələrə- günəş və külək enerjisinə gəldikdə, sizin layihələrdə iştirak etmək istərdik və beləliklə, bütöv regionu əhatə edəcək həmin bu enerji imkanlarına öz töhfəmizi verə bilərik.

Öz bacarıqları və təcrübəsi ilə İtaliya gələn illərdə də Azərbaycanın geniş energetika planları üçün etibarlı müttəfiq olacaqdır. Həyata keçiriləcək əməkdaşlığa gəldikdə, əminik ki, biz, həmçinin digər sənaye sahələrində, o cümlədən kənd təsərrüfatı və yeyinti məhsullarının istehsalında sizinlə işləyə biləcəyik. Biz sizin tərəfinizdəyik, istərdik ki, Azərbaycanın inkişafına və Avropanın enerji təhlükəsizliyinə öz töhfəmizi verək.

Mən bu mərasimdə iştirak edənlərin hamısını ürəkdən salamlayıram və demək istəyirəm ki, gələcək nəsillərin tələbatlarını daha geniş şəkildə təmin edəcək dayanıqlı həyat naminə birgə səylərimizi davam etdirəcək, ölkələrimiz arasında dostluğun möhkəmlənməsi üçün növbəti uğurlu addımlarımızı atacağıq. İstərdim ki, İtaliya ilə Azərbaycan arasındakı tərəfdaşlıq Avropada nümunəvi olsun və biz də bu gün sizin tələbatlarınıza cavab vermək istəyirik.

Bu gün keçirilən bu tədbir ölkələrimiz, hökumətlərimiz və xalqlarımız arasında dostluğun rəmzidir. Biz bu gün daha geniş enerji dayanıqlılığının təmin edilməsinə, infrastrukturumuzun genişləndirilməsinə yönəlmiş addımları atırıq.

Cənab Prezident, bu mərasimdə iştirak etdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk. Biz bilirik ki, Sizin hökumətinizlə işləyərək ölkənizə öz töhfəmizi verəcəyik. Sizə uğurlar arzulayıram.

X X X

İtaliyanın “Ansaldo Energia” şirkətinin prezidenti Cuzeppe Marino çıxış edərək dedi:

– Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.

Nazir Urso.

Azərbaycanın rəsmi şəxsləri.

Bu gün burada olmaqdan böyük şərəf və iftixar hissi duyuram, belə bir mühüm tədbirdə, mərasimdə iştirak edirəm.

Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu əməkdaşlığa açdığı yola, bizim məhz sənayelərimiz arasında əlaqələrin gücləndirilməsinə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Mən, həmçinin Azərbaycanın energetika naziri Pərviz Şahbazova bu layihənin həyata keçirilməsinə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Biz artıq birinci razılaşmanı sizin nazirliklə imzaladıq, indi isə bu təməlqoyma mərasimində iştirak edirik.

Mən nazir Ursoya da təşəkkürümü bildirirəm ki, o, bizə öz dəstəyini vermişdir. Həmçinin İtaliyanın və Azərbaycanın səfirlərinə təşəkkürümü bildirirəm ki, onlar da bizim işimizə müvafiq dəstək olmuşlar.

Daha sonra isə mən “Azərenerji”yə minnətdarlığımı bildirmək istəyirəm. Baba Rzayevə minnətdaram ki, biz öz aramızda ticari əlaqələri qurduq, bugünkü mərasim təşkil olunub. O, əslində, çox böyük peşəkarlıq nümayiş etdirmişdir. Bizim hazırlıq işləri çox sürətlə həyata keçirilmişdir və faktiki olaraq gəlib elə bir mərhələyə çatmışıq ki, bu layihənin birgə icrasına başlayırıq.

Həmçinin bu gün imzalanmış razılaşmaya əsasən, “Azərenerji” ilə birgə işləyərək gələcəkdə sizin enerji təhlükəsizliyinizə daha böyük töhfə verəcəyik. Qeyd etmək istəyirəm ki, “Ansaldo Energia” bütün öz texnologiyaları və səyləri ilə bu işə töhfəsini verəcəkdir. Onu da deyim ki, fəaliyyətimizin genişləndirilməsi üçün biz artıq Bakıda öz nümayəndəliyimizi açmışıq. Təbii ki, bu, Azərbaycanın bütün sənaye peşəkarları ilə onların italiyalı həmkarları arasında əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq.

Cənab Prezident, qeyd edildiyi kimi, “Ansaldo Energia”nın çox uzun tarixi var. Biz 170 il ərzində çalışmışıq və bizim loqomuz burada – Azərbaycanda bu mərasimdə nümayiş etdirilir. Cənab Prezidentin burada qeyd etdiyi kimi, yeni stansiya 800 milyon kubmetrə yaxın təbii qaza qənaət edilməsinə imkan yaradacaq. Bunun sayəsində ənənəvi enerji mənbələri ilə yanaşı, təmiz enerjiyə keçid təmin ediləcək. Bu, uzaqgörən bir siyasətdir, planlarınız bizə aydındır və istərdik ki, hər zaman innovasiyalarımızı gətirərək elektrik enerjisi istehsalının daha da təkmilləşdirilməsinə çalışaq. Bununla bərabər, həmçinin bərpaolunan enerji mənbələrini də yaddan çıxarmaq olmaz. Əlbəttə, biz istərdik ki, buraya yeni texnologiyalarla bərabər yatırımlar da edək. Biz artıq bir ildir ki, yeni bir şirkət yaratmışıq, bunun adı “Ansaldo Green Technologies”dir. Bu yolla gedərək biz nəinki təbii qazın qənaət olunmasına sərmayə yatıracağıq, o cümlədən enerjiyə, təmiz enerjiyə keçid prosesinə bütün gücümüzlə dəstək verəcəyik. Beləliklə, bizim şirkətlərimiz arasında əməkdaşlıq belə imkanlar açacaq. Mingəçevirdə 4 turbin quraşdırılacaq və onlar artıq sınaqdan keçirilib, orada çoxlu iş yeri yaradılacaq. Təbii ki, bizim məhz azərbaycanlı tərəfdaşlarla qurduğumuz əməkdaşlıq ölkənin enerji siyasətinə mühüm töhfə olacaq. Beləliklə, biz bundan sonra da ölkələrimizin enerji təhlükəsizliyinə dayanıqlı şəkildə dəstəyimizi verəcəyik.

Əminliklə deyə bilərəm ki, biz qarşımıza bu işləri qətiyyətlə irəliyə doğru aparmaq məqsədi qoymuşuq. Təşəkkür edirik.

X X X

Çinin “Dongfang” şirkətinin baş direktoru Çen Xuacye çıxış edərək dedi:

– Zati-aliləri Prezident İlham Əliyev.

Zati-aliləri nazirlər.

Xanımlar və cənablar.

Azərbaycanın çox gözəl və şanlı paytaxtı Bakıya bir daha gəlmək mənim üçün çox xoşdur. İlk növbədə, “Dongfang Electric Corporation” şirkəti – DEC adından istərdim xüsusilə Mingəçevir şəhərində 1280 meqavatlıq elektrik stansiyasının təməlqoyma mərasimi ilə əlaqədar təbriklərimi sizə ifadə edim.

Bu gün doğrudan da mötəbər bir gündür, hava günəşlidir və hörmətli qonaqlar üçün çox gözəl bir mərasim təşkil olunub. Mən burada bütün hörmətli iştirakçılarla bərabər olmaqdan, bu tarixi anı yaşamaqdan çox sevincliyəm.

Azərbaycan Elektrik Stansiyası uzunmüddətli fəaliyyəti ilə ölkənin milli iqtisadiyyatına böyük tarixi töhfələr verib. Çox şadıq ki, əsas avadanlıq istehsalçılarından biri olan DEC etibarlı tərəfdaşımız “Azərenerji” tərəfindən dəyərləndirildi və bu layihədə iştirak üçün dəvət edildi. Biz Azərbaycanın yeni İstilik Elektrik Stansiyasının inşasında 4F sinifli istiliyi toplayan buxar generatorlarını tədarük etməklə iştirakımızdan şərəf duyuruq.

Xanımlar və cənablar, DEC bəziləriniz üçün bəlkə də yeni ad ola bilər. Lakin icazənizlə, fürsətdən istifadə edib “Dongfang Electric Corporation” haqqında məlumat vermək istəyirəm. DEC Çinin ən qabaqcıl 52 dövlət müəssisəsindən, dünyanın ən böyük enerji avadanlığı istehsalçılarından və enerji layihəsi podratçılarından biridir. DEC istilik enerjisi, su elektrik enerjisi, qaz turbin enerjisi, nüvə enerjisi, külək enerjisi və günəş enerjisi layihələrində iştirak edir. Bu ilin əvvəlinə qədər DEC 90-dan çox ölkədəki qlobal istifadəçilərə ümumilikdə 560 qiqavatdan çox enerji istehsal edən qurğular təqdim etmişdir. İstilik enerjisinə gəldikdə, DEC qabaqcıl, min meqavatlıq sinfinə malik ultra superəhəmiyyətli qurğuların istehsalında dünyanın ən məşhur şirkətlərindən biridir. Biz bu sahədə digər şirkətlərlə əməkdaşlıq edirik. Hazırda DEC, həmçinin su elektrik stansiyaları və anbarları üçün yeni enerji sistemləri yaradır.

Xanımlar və cənablar, DEC ilə Azərbaycanın energetika sənayesi arasında dostluq Azərbaycanda tikilməkdə olan ən böyük bərpaolunan enerji layihəsi ilə başlamışdır. Bu, Azərbaycanda ən böyük layihələrdən biri hesab olunur. Bu gün isə biz Azərbaycanın ən böyük elektrik stansiyasının təkmilləşdirilməsi və modernləşdirilməsində iştirak etməkdən daha da böyük qürur duyuruq.

Fürsətdən istifadə edərək DEC adından “Azərenerji”yə səmimi təşəkkürümü ifadə edirəm. Bizim məhsul və xidmətlərimizi seçdiyiniz üçün sizə təşəkkür edirəm. Həmçinin Azərbaycan hökumətinə və aidiyyəti orqanlarına da dərin təşəkkürümü bildirirəm. DEC-yə göstərdiyiniz güclü dəstəyə və köməyə görə minnətdarıq.

Tikiləcək yeni elektrik stansiyası DEC-nin Qafqaz bölgəsində həyata keçirdiyi ən böyük enerji layihəsi olduğundan bütün şirkətimiz bu məsələyə çox böyük əhəmiyyət verir. Dizayn, istehsal, quraşdırma və istismara nəzarət xidmətlərində mükəmməlliyə nail olmaq üçün səylərimizi əsirgəməyəcəyik, həmçinin avadanlıq təchizatının və göstəricilərin vaxtında yüksək keyfiyyətlə tamamlanmasını təmin etmək üçün bütün gücümüzdən istifadə edəcəyik. DEC çətinliklərin öhdəsindən gələcək, uğurlu enerji istehsalına nail olmaq, müasir və səmərəli elektrik stansiyası tikmək üçün tam dəstəyini göstərəcək. Biz etimadı doğruldacağıq və Azərbaycan xalqının gələcəyinə öz töhfəmizi verəcəyik. Əminəm ki, yeni elektrik stansiyası nümunəvi elektrik stansiyası kimi xidmət edəcək və regionda yüksəkkeyfiyyətli layihələrdən birinə çevriləcək. Təşəkkür edirəm.

X X X

Mərasimdə yeni inşa olunacaq İstilik Elektrik Stansiyası barədə videoçarx nümayiş etdirildi.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso stansiyanın təməlini qoydular.

11:13

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gülüstan #sarayında #İESin #təməlqoyma #mərasimi #keçirilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu