Günel və Rza münasibətilə bağlı YENİ İDDİA: Toya hazırlaşırıq…
BEY MEDIA İnformasiya agenti xəbər verir
“Ebru Gündeş Günelə yaşatdığını yaşadı. Hadisə ona eyni hərəkəti etdi”.
Metbuat.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri stilist Elnur Həsənov “Deməsəm olmaz” proqramında deyib. O, müğənni Günel Zeynalov və iş adamı Rza Zərrab münasibətindən danışıb.
Elnur bildirib ki, müğənni Ebru Gündeş Rza ilə Günelin münasibətini bilsə də, biznesmenlə eşq yaşayıb:
“Günel Rza Zərrabın qardaşının toyuna Ebru Gündeşi çağırıb. Ona deyib ki, Rza ilə nişanlıyıq və toya hazırlaşırıq. Güneldə bir əqrəb kini var ki, heç vaxt Rza ilə barışmayacaq. Güneli Hadisə ilə olan münasibət heç yandırmır. Onu incidən Rza və Ebru münasibəti olub. Çox şey bilirəm, amma zamanı gələndə danışacam. Günellə nişanlı olduğu halda Ebru və Rza eşq yaşayıb. Günel bu xəyanəti tutub. Hətta yanındakı menecerini işdən qovub. Çünki meneceri xəyanəti bilib, amma xeyir iş pozulmasın deyə gizlədib. Əgər üstü açılmasaydı, toy olacaqdı və bir il sonra boşanacaqdı. Ebru Rzanı heç vaxt əldən verməzdi”.
Qeyd edək ki, Ebru və Rza ailəli olduğu ərəfədə iş adamı müğənni Hadisə ilə gizli eşq yaşayıb. Hazırda Amerikada yaşayan Zərrab Ebru ilə rəsmi boşanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.