Güney azərbaycanlı gənc şairə öldürüldü
BEY.AZ informasiya agentliyi xəbər verir
İranda davam edən etiraz aksiyalarında 20 yaşlı, güney azərbaycanlı gənc şairə Hədis Nəcəfi öldürülüb.
Metbuat.az İran mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı Hədis Nəcəfi Kərəc şəhərində etiraz aksiyalarına qoşulan zaman polislər tərəfindən 6 güllə ilə öldürülüb. Xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun etirazlara qoşulmazdan öncəki son görüntüləri də sosial şəbəkələrdə geniş yayılıb. Belə ki, Hədis etiraz səsini yüksəltməzdən öncə saçlarını toplayıb və aksiyaya qoşulub.
Qeyd edək ki, Məhsa Əmininin hicabı düzgün taxmadığına görə, “Əxlaq” polisi tərəfindən öldürülməsindən sonra İranın bir çox şəhərlərində etiraz aksiyaları başlayıb. İran mənbələri yazır ki, aksiyalarda ölənlərin sayı 55 nəfərdir. Hökumət isə rəqəmləri gizlədir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.