fbpx

​Güneyli fəallardan Azərbaycanla həmrəylik jesti


Ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, güneyli fəallar Azərbaycanın Tehrandakı səfirliyinin qarşısına Azərbaycan dövlətinə dəstək mesajları yazılmış əklil qoyublar.

BEY.AZ xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Səfirliyin qarşısına qoyulan əklilin üzərində yazılıb: “Biz Azərbaycanın özüyük! Dövlətimizin yanındayıq, Tehran!”.

Bildirilir ki, bu aksiya güneyli fəallar tərəfindən bir müddət əvvəl Ərdəbildə İran hökumətinin keçirdiyi təxribat xarakterli mərasimə cavab olaraq atılıb. Bu simvolik addım həssas regional vəziyyətdə Güney Azərbaycan sakinlərinin Azərbaycan dövləti və suverenliyi ilə həmrəylik və dəstək əlamətidir.

Xatırladaq ki, Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsi Həsən Ameli Çaldıran döyüşü və Kərbəla hadisəsini bir-biri ilə əlaqələndirərək türklər arasında fitnə salmağa çalışıb. Tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinə qarşı təhqirlər səsləndirilib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Ana Sayfa