fbpx

Gürcüstan və Türkiyə növbəti mərhələdə

Rüya Yorumları burda


Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turunun oyunları yekunlaşıb.

BEY.AZ xəbər verir ki, Türkiyə Çexiyanı 2-1 hesabı ilə məğlub edib.

51-ci dəqiqədə isə Hakan Çalhanoğlu fərqlənib.Çexiya millisinin üzvü Tomaş Suçek 66-cı dəqiqədə bərabərliyi təmin edib – 1:1.Türkiyə yığmasının üzvü Cenk Tosun 90+4-cü dəqiqədə komandasını hesabda önə keçirib – 2:1.

Gürcüstan – Portuqaliya matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb. Beləliklə, Portuqaliya və Türkiyə 1/8 mərhələyə keçib. 4 xal toplayan Gürcüstan millisi də ən yaxşı üçüncü milli kimi 1/8 mərəhələyə vəsiqə qazanıb.

***

Rüya tabirlerini burdan oku

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya – Türkiyə matçında hesab bərabərləşib.

BEY.AZ xəbər verir ki, Çexiya millisinin üzvü Tomaş Suçek 66-cı dəqiqədə bərabərliyi təmin edib – 1:1.

Türkiyə yığmasından 51-ci dəqiqədə Hakan Çalhanoğlu fərqlənib.

Gürcüstan yığması 2:0 hesabı ilə öndədir. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində F qrupunda keçirilən Çexiya – Türkiyə matçında hesab açılıb.

BEY.AZ xəbər verir ki, Türkiyə millisi 51-ci dəqiqədə Hakan Çalhanoğlunun qolu ilə hesabda önə keçib,

Gürcüstan yığması isə hesabda öndədir – 1:0.

Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində F qrupunda Çexiya – Türkiyə və Gürcüstan – Portuqaliya matçına start verilib.

BEY.AZ xəbər verir ki, oyunlar müvafiq olaraq Hamburqdakı “Folksparkştadion”da və Helzenkirhendəki “Feltins Arena”da keçirilir.

Çexiya – Türkiyə matçını rumıniyalı İştvan Kovaç, Gürcüstan – Portuqaliya qarşılaşmasını isə isveçrəli Sandro Şörer idarə edir.

Hər iki qarşılşama 23:00-da başlayıb.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu