“Gürcüstanda baş verənləri izləyirik” – NATO Baş katibi
“Biz Gürcüstanda baş verənlərdən narahatıq”.
BEY.AZ xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Rusiyanın Gürcüstanda keçirilən seçkilərə mümkün müdaxiləsi ilə bağlı sualı cavablandırarkən deyib.
O, Tbilisidə baş verən hadisələri izlədiklərini bildirib: “Biz Gürcüstanı Avropa İttifaqı və NATO ilə Avro-Atlantik inteqrasiya yoluna qayıtmağa çağırırıq. Biz həqiqətən də baş verənlərdən narahatıq və hadisələri izləyirik. Kiminsə seçkilərə müdaxiləsinə gəlincə, bu, qəbuledilməzdir”.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |