Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 7 azyaşlı saxlanılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 7 azyaşlı saxlanılıb.
Bu barədə Metbuat.az-a Dövlət Sərhət Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Belə ki, oktyabrın 3-də saat 03:30-da DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstandan Azərbaycan istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədini pozmağa cəhd göstərən 7-i azyaşlı olmaqla 8 nəfər Azərbaycan vətəndaşları saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin dilənmək məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri məlum olunub.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.