Gürcüstanla oynayacaq Azərbaycan millisinin heyəti açıqlanıb
Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib
BEY.AZ federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Vitali Borisov ikisi qapıçı olmaqla, ümumilikdə 14 futzalçıya güvənib.
Millinin heyəti: Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Murad Quluzadə (hamısı “Baku Fire”), Emin Kürdov, Novruz Kazıxanov, Emil Həsənzadə, Xəzər Ağalızadə (hamısı “Araz-Naxçıvan”), Fərid Atakişiyev, Ülvi Əliyev, Amir Şojaei (hamısı “Neftçi” İK), İlham Alıyev (U-19), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan).
Qeyd edək ki, yığma aprelin 13-də səfərə yollanacaq. Gürcüstanla oyunlar aprelin 14-də və 16-da baş tutacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.