fbpx

Həbsdə olan separatçılara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Biz mütəmadi olaraq başçəkmələr həyata keçiririk. Başçəkmələr zamanı Azərbaycana qarşı müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərlə də görüşlər keçirilib. Onların bütün hüquqları təmin olunub”.

BEY.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

“Hər bir saxlanılan şəxsə həssaslıqla yanaşırıq. Onlara da ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb, dövlət tərəfindən tərcüməçi ilə təmin olunublar” – Ombudsman qeyd edib.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Həbsdə #olan #separatçılara #ailələri #ilə #əlaqə #saxlamaq #imkanı #yaradılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu