Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa etdi
Həkimlər ağır vəzyyətdə olan aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, o, süni tənəffüs aparatına qoşulub.
BEY.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib.
O, qeyd edib ki, həkimlərin səyi nəticəsində aktyorun ürək fəaliyyəti bərpa edilib. Xəstə süni tənəffüs aparatına qoşulub. A.Baxşəliyevin vəziyyəti həddən artıq ağır kritikdir.
Hazırda onun müalicəsi ATU Tedris Cerrahiyye Klinikasinda davam etdirilir.
Xatırladaq ki, bir müddət əvvəl aktyorun ölüm xəbəri yayılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |