fbpx

“Həmin vaxt işıqlar söndü” – 40 nəfərin zəhərləndiyi toy sahibi DANIŞDI



Ağstafa rayonunda baş verən kütləvi zəhərlənmə faktının təfərrüatı məlum olub.

BEY.AZ xəbər verir ki, məsələ ilə bağlı Baku TV-yə danışan toy sahibi Akif Piriyev bildirib ki, zəhərlənməyə səbəb məclisdən əvvəl hazırlanan paytaxt salatı ola bilər.

“Məlum məsələdir ki, paytaxt salatı toydan bir-iki gün öncə hazırlanır. Həmin zaman da bizim rayonumuzda qasırğa oldu və işıqlar söndü. Ona görə də bəzi qidalar bir müddət istidə qaldı. Böyük ehtimal zəhərlənmə paytaxt salatından olub”.

Ətraflı süjetdə:

13:50

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa rayonunda fəaliyyət göstərən “İnci” şadlıq sarayında baş verən kütləvi zəhərlənmənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma başlanılıb.

BEY.AZ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Aşağı Göycəli kənd sakini Məkan Rafiq oğlu Piriyevin təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Araşdırmalar davam etdirilir.







MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin