Hər şey 1 saatın içində baş verdi
“Açığı, bu transfer öncədən gündəmimizdə yox idi”.
BEY.AZ xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.
Ağdam klubunun aparıcı funksioneri Aleksey Kaşukun keçidinin son anda baş tutduğunu bildirib.
Təcrübəli idarəçi ukraynalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzaladıqlarını söyləyib:
“Hər şey 1 günün, hətta deyərdim ki, 1 saatın içində baş verdi. Kaşuk “Qarabağ”la müqavilə bağlamağa maraq göstərdi, biz də görüşüb danışdıq. Üç illik kontrakt bağladıq.
Onu çoxdan tanıyırıq, oyununa bələdik. Baş məşqçimiz Qurban Qurbanovun bəyəndiyi futbolçulardandır. Komandamıza, camiəmizə xeyirli olsun!”.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |