Hər zaman tarixin doğru tərəfində olmuşuq
Suriya böhranında hər zaman tarixin doğru tərəfində olmuşuq.
BEY.AZ xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Suriya inqilabçılarının Dəməşqdə nəzarəti ələ keçirməsindən sonra ölkə üçün yeni səhifə açılıb. “Azad Suriya bayrağı ilə ay-ulduzlu bayrağımızı yan-yana görəndə özümüzü xoşbəxt hiss edirik” deyən Ərdoğanın beynəlxaql ictimaiyyəti Suriya xalqı ilə həmrəy olmağa çağırıb.
Ərdoğan, “Birləşmiş Millətlər Təşkilatının hesabatlarına görə, Əsəd zülmünün və Suriyada müharibənin yaratdığı dağıntıların ümumi dəyəri 500 milyard dollara çatıb. Müharibədən yorulmuş Suriyanın beynəlxalq ictimaiyyətin dəstəyi olmadan öz üzərinə belə bir yük daşıması mümkün deyil. Biz görürük ki, yeni administrasiyanın lideri cənab Əhməd əl-Şara prosesi çox yaxşı idarə etdi və verdiyi mötədil və konstruktiv mesajlara görə təqdir edildi.” – deyə bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |