fbpx

Hərbi Prokurorluq və Müdafiə Nazirliyi birgə maarifləndirmə tədbiri keçirdi



Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları N saylı hərbi hissənin şəxsi heyətinin hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbir keçirib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən BEY.AZ-a verilən məlumata görə, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçiləri, baş ədliyyə müşaviri Firad Əliyev, ədliyyə müşaviri İsmayıl Əliyev, Tərtər hərbi prokuroru, ədliyyə polkovniki Emin Vəliyev, eləcə də digər şəxslər hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar ediblər. Ardınca şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin