fbpx

Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 98,2 faizi açılıb

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 98,2 faizi açılıb”.

BEY.AZ xəbər verir ki, bu sözləri Hərbi prokurorun müavini, ədliyyə-general mayoru Şəfahət İmranov “Respublika” qəzetinin bugünkü sayında dərc edilən “Ulu Öndər Heydər Əliyev prokurorluğun da hamisi idi” sərlövhəli məqaləsində qeyd edib.

“Ötən illərdə olduğu kimi, bu ilin keçən dövrü ərzində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, işçilər üzərlərinə düşən vəzifələri layiqincə icra ediblər. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən doqquz ay ərzində qeydə alınmış cinayətlərin 98,2 %-i açılıb.

2005-ci ildən başlayaraq, yəni möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə cənab Xanlar Vəliyev Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edildikdən sonra Silahlı Qüvvələrdə 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri ilə bağlı həmin dövrdə başlanılmış, uzun müddət istintaq aparılmasına baxmayaraq, səriştəsizlik və bəzi hallarda isə yarıtmaz fəaliyyət ucbatından iş üzrə ibtidai araşdırmanın yekunlaşdırılması mümkün olmadığından təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi əsası ilə icraatı dayandırılmış cinayət işlərinin təcrübəli əməkdaşlar tərəfindən öyrənilməklə, bir neçəsi üzrə icraatın təzələnərək ibtidai istintaqın davam etdirilməsi, yekun qərarların qəbul olunması, bununla da ibtidai araşdırmanın qurtarması təmin edilib. Belə ki, icraatı təzələnmiş işlər üzrə düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, istintaqçıların peşəkarlığı və əzmi, eləcə də məharətlə həyata keçirilmiş prosessual rəhbərlik sayəsində 25-dən artıq cinayət işinin ibtidai araşdırmasının yekunlaşdırılmasına, o cümlədən cinayət törətmiş şəxslərin ifşa olunmasına, faktlara və şəxslərin əməllərinə hüquqi qiymət verilməsinə nail olunub”, – deyə Hərbi prokurorun müavini bildirib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Hərbi #Prokurorluqda #qeydə #alınmış #cinayətlərin #faizi #açılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu