fbpx

Həbsdə olan icra başçısının müsadirə edilən əmlakları

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Cəlilabadın həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalov və oğlanları Ali Məhkəməyə müraciət ediblər.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Rəsul və Fərid Zeynalovlar atalarının cinayət işi üzrə müsadirə edilmiş əmlakları geri istəyirlər.

Maraqlı şəxslər iddia edir ki, söhbəti gedən əmlaklar onlara məxsusdur və cinayət yolu ilə əldə edilmiş pulla alınmayıb.

Rüya tabirlerini burdan oku

Kassasiya şikayəti baxılması üçün Ali Məhkəməyə təqdim edilib.

Qeyd edək ki, Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilib.

Bundan başqa iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, “Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib.

Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Həbsdə #olan #icra #başçısının #müsadirə #edilən #əmlakları

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu