Həbsxana bombardman edildi: Onlarla ölü var
BEY MEDIA İnformasiya agenti xəbər verir
Səudiyyə Ərəbistanının dəstəklədiyi ərəb koalisiyası Yəmənin şimalındakı həbsxanaya hava zərbəsi endirib.
Bu barədə Metbuat.az “Haber Global”a istinadən xəbər verir.
Koalisiya qüvvələri husilərin nəzarətində olan Saada şəhərinə hava hücumu zamanı müvəqqəti saxlama mərkəzini hədəf alıb. Hava hücumu nəticəsində onlarla insanın həlak olduğu bildirilir. Bundan əvvəl yanvarın 20-də şəhərə edilən hava hücumunda azı 60 nəfər həyatını itirib. Əl-Hüdeydə şəhərində isə raket hücumu nəticəsində 3 uşağın həyatını itirdiyi deyilir.
Yəməndə 2014-cü ilin avqust ayından hökumət qüvvələri ilə husilərin silahlı qrupları arasında qarşıdurma davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.