fbpx

Həkimlər hansı hallarda məsuliyyətə cəlb olunur?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bəzi hallarda xəstələrin həkim səhvindən əməliyyatda həyatını itirdiyinin şahidi oluruq. Bu hal istər xüsusi əməliyyatlarda, istər estetik əməliyyatlarda müşahidə olunur. Xüsusən özəl klinikalarda estetik əməliyyatlarda ölüm hallarına rast gəlirik. Bəzən isə xəstəyə səhv diaqnoz qoyulması nəticəsində o, bir müddət sonra daşıdığı əsl xəstəlik səbəbindən dünyasını dəyişir.

Bəs həkimlər hansı hallarda məsuliyyətə cəlb olunmalıdır? Bu zaman qanun nə deyir?

Metbuat.az-a danışan vəkil Vamiq Şükürov qeyd etdi ki, xəstəyə az ağır və ya ağır zərərvurma ilə bağlı Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulub:

Rüya tabirlerini burdan oku

“Digər ölkələrdə olduğu kimi tibbi əməliyyatlar və ya müalicələr aparılarkən Azərbaycanda da həkim səhvləri ilə əlaqədar olaraq xəstələrin sağlamlığına yüngül və ya ağır zərərlər vurulur, bəzi hallarda isə müalicə və ya əməliyyat ölümlə nəticələnənir. Bu zaman səhvə yol vermələri nəticəsində ehtiyatsızlıqdan xəstəyə ağır zərər vurulduqda və ya xəstə öldükdə, həkimlər Cinayət Məcəlləsi ilə məsuliyyət daşıyırlar.

Cinayət Məcəlləsinin 124-cü maddəsində qeyd olunur ki, ehtiyatsızlıqdan adam öldürməyə görə, şəxs iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə faktı baş verərsə, bu zaman iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 131-ci maddəsində qeyd olunur ki, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma yeddi yüz manatdan min iki yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ağır zərər vurma is min iki yüz manatdan iki min dörd yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Vamiq Şükürov

Onun sözlərinə görə, həkim səhvləri adətən eskpertiza rəyi ilə müəyyən olunur və məhkəmələr əksər hallarda ekspert rəyini əsas götürməklə qərar qəbul edirlər. Bir çox hallarda həkimlər barəsində vətəndaşların şikayətləri əsassız olur:

“Həkimlər o halda xəstənin sağlamlığına dəymiş ziyana görə məsuliyyət daşıyırlar ki, səhv diaqnozun qoyulması nəticəsində verilmiş dərmanlar və aparılan prosedurlar xəstəyə pis təsir edir, xəstədə ağır hallar yaranır və ya əməliyyat zamanı düzgün tibbi üsullardan istifadə olunmaması, yaxud lazımi tədbirlərin vaxtında və düzgün görülməməsi nəticəsində xəstənin vəziyyəti pisləşir. Bəzi hallarda həmin səhvlər xəstənin ölümünə səbəb olur.

Əgər həkim səhv qoyduğu diaqnoza uyğun olaraq müalicə aparırsa, yaxud tibbdə qəbul edilməmiş metodlarla müalicə aparırsa, əməliyyat zamanı baş verəcək fəsadların qarşısını almaq üçün tibbi protokollarda qəbul edilmiş üsullardan vaxtında istifadə etmirsə, bu zaman baş vermiş zərərə görə məsuliyyət daşımalıdır. Bu halda xəstəyə vurulmuş az ağır və ya ağır zərərə, yaxud ölüm hallarına görə həkim barəsində hüquqi tədbir görmək olar.

Yaxud həkim xəstənin lazımi şəkildə müayinəsini aparmadan sonradan fəsadlara səbəb ola biləcək halları aşkara çıxarmadan əməliyyat edir. Bu isə əməliyyatın fəsadlarla bitməsinə səbəb olur. Təbii ki, əməliyyat nəticəsində xəstəyə dəyən zərərə görə həkim məsuliyyət daşıyır. Əgər həkimlər lazımi tədbirləri görüb düzgün müalicə aparıblarsa, əməliyyat zamanı vacib müdaxilələri vaxtında və düzgün şəkildə icra ediblərsə, bütün bunlara baxmayaraq tibbi fəsadların qarşını almaq mümkün olmayıbsa, onlar hər hansı məsuliyyət daşımırlar.”

Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Həkimlər #hansı #hallarda #məsuliyyətə #cəlb #olunur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu