fbpx

Hərbi prokurorun yeni müavini Mehdi Hüseynzadə kimdir?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Mehdi Hüseynzadə Respublika Hərbi Prokurorunun müavini vəzifəsinə təyin edilib.

Metbuat.az Hərbi prokuror Xanlar Vəliyevin yeni müavini, ədliyyə polkovniki Mehdi Hüseynzadənin dosyesini təqdim edir:

Mehdi Hüseynzadə 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr, 1999-cu ildə isə magistr magistr təhsil pilləsini fərqlənmə diplomları ilə bitirmişdir.

1999-cu ildə prokurorluq orqanlarına qulluğa qəbul edilmişdir.

1999-2010-cu illərdə prokurorluq orqanlarında müxtəlif vəzifələrdə: Tərtər hərbi prokurorluğunun böyük müstəntiqi, Sumqayıt hərbi prokurorluğunun böyük müstəntiqi və həmin hərbi prokurorluqda prokurorun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi və böyük müstəntiqi vəzifələrində qulluq keçmişdir.

2010-2013-cü illərdə Tərtər hərbi prokuroru olmuş, 2013-2020-ci illərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin rəisi vəzifəsində işləmişdir.

2020-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, indiyədək bu vəzifədə xidmət etmişdir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin