“Hərbi qulluqçularımızın həlak olması xəbərləri yalandır”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır”.
Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:
“Ermənilərin informasiya təxribatı davam edir
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.
Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.
Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”, – deyə məlumatda qeyd olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.