fbpx

Hərbi xidmətə çağırışda yenilik – “Neqodnı”lar üçün pis xəbər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən həftə Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı olduqca vacib fərman imzalayıb. Yeni qaydalara əsasən, çağırışçıların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılacaq.

Ölkə qanunvericiliyinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. İndiyədək bu vəzifəni Səfərbərlik Xidmətinin nəzdində olan hərbi həkim komissiyası həyata keçirirdi. Vətəndaşın həqiqi hərbi xidmətə yararlı olub-olmamasını bu qurum aydınlaşdırırdı.

Fərmanda nəzərdə tutulan müddəalar 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Həmin yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılacaq. Nazirlər Kabinetinə və Nazirliyə qeyd olunanlarla əlaqədar bir sıra tapşırıqlar verilib.

Rüya tabirlerini burdan oku

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi Pərviz Sədrəddinov mətbuata verdiyi açıqlamada bildirib ki, 6 ay ərzində fərmanın icrasını təmin etmək məqsədilə işçi qrup yaradılacaq və texniki məsələlər həll ediləcək. “Nəticədə, həm müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlılığının müəyyən edilməsi prosesi daha rahat həyata keçiriləcək, həmçinin bu sahədə şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması əldə ediləcək”, – o deyib.

Qeyd edək ki, əvvəllər yekun tibbi müayinə zamanı bir çox korrupsiya və rüşvətin olması barədə iddialar səsləndirilirdi. Qeyd olunurdu ki, çağırışçılar müxtəlif yollarla “neqodnı” (yararsız) hərbi bilet əldə edirdi. Yeni fərmanın bu kimi halları aradan qaldıracağı gözlənilir.

Fərman daha hansı yeniliklərə səbəb olacaq?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, çağırışçıların tibbi müayinəsinin bir mərkəzdən edilməsi çox yerində qərardır:

“Hesab edirəm ki, bu dövrlər ərzində gedən bütün dəyişikliklər, islahatlar zərurətdən irəli gələn məsələləri ortaya çıxarır. O cümlədən, bundan qabaq demişdim ki, əlilliyin müəyyənləşdirilməsi ilə bağlı tibbi müayinə də birləşdirilməlidir. Əlilliklə bağlı bir təşkilatın verdiyi rəylə, digər bir təşkilatın verdiyi rəy fərqlənirdi. Bunların arasında yaşanan məsələlərdə əziyyət çəkən vətəndaş olur. O baxımdan yoxlama və əlilliyin müəyyənləşməsi bir qurumda olmalıdır. Bu baxımdan cənab Prezident çox düzgün olaraq bu sərəncamı verdi. Əgər əlilliyin müəyyən edilməsi ƏƏSMN-in səlahiyyətindədirsə, yoxlamanı da onlar keçirməlidir. Dərhal çağırışçıyla bağlı qərar veriləcək. Yararsızdırsa, dərhal ona əlillik dərəcəsi müəyyən olunmalıdır. Burada çəki, boy kimi müxtəlif məsələlər var. Gələcəkdə, əlillik dərəcələrinin verilməsi də bir yerə yığılmalıdır ki, vətəndaşlarımız əziyyət çəkməsin. Bir idarəyə gedən vətəndaş sənədlərini təqdim etdikdə, dərhal barəsində verilən qərarla bağlı sənədi alıb getməlidir. Bu idarə, o idarə gəzmək olmur. İnsanların sağlam şəkildə orduda xidmət etməsi üçün çox böyük addımlar atılacaq”.

Deputat vurğulayıb ki, bundan sonra korrupsiya və rüşvət hallarına rast gəlinməyəcək:

“Mən 10 il hərbi səfərbərliklə əlaqədar olaraq, dövlət komissiyasının üzvü olmuşam. Onda mən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüydüm. Parlamenti komissiyada təmsil edirdik. Bizə daxil olan ərizə və şikayətlərə yoxlayırdıq. Yerindəcə məsələlər həll olunurdu. O cümlədən çağırışçıların yararlılığı, yararsızlığı protokollaşdırılırdı. Sonradan o struktur ləğv olundu. Bütün nazirliklərin nümayəndələri burada iştirak edirdi. Ondan sonra qərar verildi ki, bu ancaq regional çağırış idarələrinin səlahiyyətinə daxil olsun. Onlardan da şikayətlər var idi. Neqativ olmayan şikayətlər də vardı. Onlarla şəxs hərbi xidmətə getmək istədiyini lakin buna icazə verilməməsi ilə bağlı müraciət edirdi. Bizim o qədər gənclərimiz var ki, hərbi xidmətə getməyə görə şikayət edirdi. Çəkisi artıq olmasına baxmayaraq bunu istəyirdi. Elə olurdu ki, 200 şikayət alırdıq. Bu məsələnin bir mərkləzdən dəqiqləşdirilməsi Azərbaycan əsgərinə dəstəkdi”.

Hərbi ekspert Ədalət Verdiyev isə vurğulayıb ki, çağırışçıların ƏƏMSN tərəfindən yoxlanılması olduqca müsbət qərardır:

“Azərbaycanda uzun 10 illiklər boyu əvvəlcə hərbi komissarlıqda, sonra Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti adlanan qurumun bölmələrində bir sıra neqativ hallar vardı. Bu, heç kəsə sirr deyil. Yəni valideyn Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli əməkdaşı və hansısa həkim arasında üçbucaq yaradılmışdı. Burada bəlli bir vəsait qarşılığında sağlam olduqları halda çağırışçılar xidmətdən yayındırıla bilirdi. Adətən elə bir xəstəlik təyin olunurdu ki, daha sonra sağalma olsun. Bunu da çağırışçını başqa qurum yoxladıqda onlara cavab verə bilsinlər deyə edirdilər. Yəni onlara niyə yararsız yazdıqları soruşulduqda müalicə alıb sağalıb deyə bilirlər. Bəzən də sağlamlığı yerində olmayan əsgərlər xidmətə göndərilirdi. Belə hallara da rastlaşırdıq və şikayətlər də kifayət qədər çox idi. Görünür, cənab Prezident İlham Əliyev də bu məsələlərdən xəbərdar oldu. Şükürlər olsun ki, bunun da bir əncamı tapıldı. Burada 4 kateqoriya var: yararlı, məhdud yararlı, sülh dövründə və müharibə dövründə yararlı. Bütün bu yararlılıq dərəcələrini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təyin edəcək.

Bu qurumla ən azı 3 ildir ki, yaxın təmasdayam. Qurumdan şikayətlər kifayət qədər çoxdur. Bu da əvvəlki kimi rüşvət olmadığına görə, bir də süründürməçiliklə əlaqədardır. Bu şikayətlər əsasən rüşvətlə yox, süründürməçiliklə bağlıdır. Məsələn, yaralanıb əlillik dərəcəsi alan insan növbəti komissiyanın vaxtını qaçırır. Vətəndaşa 3-5 ay sonra əlilliyin vaxtının bitəcəyi ilə bağlı məlumat verilmir. Bu neqativ hal da aradan qaldırılıb. 3 ildə bir dəfə də olsun korrupsiya və rüşvətlə bağlı bir fakta rast gəlmədim. Əvvəlki nazirin vaxtında heç kəs narazı deyildi. Çünki rüşvət verəndə, alanda narazı deyildi. İndi müəyyən səbəblərdən müvafiq şəxslərin əllilik dərəcəsinin ləğv edilməsi şikayətlərin əsas səbəbidir. Onların içərisində saxta olanları da var. Eyni zamanda həqiqətən yaralanan, lakin bugünkü meyarlara görə əlilliyə uyğun gəlməyənlər də var. Həmin şəxsləri məhkəməyə getməyə çağırıram. Bəzilərinin buna vaxtı, bəzilərinin isə maddi imkanı çatmır. Çünki bu da bəlli vəsaitlər tələb edir”.

Hərbi ekspert ƏƏMSN-dən böyük ümidlərin olduğunu söyləyib:

“İndi ən azından ümidlərimiz var ki, ƏƏMSN Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi daha da obyektiv olacaq. Ən azından rüşvət və korrupsiya ilə bağlı şikayətləri eşitməyəcəyik. Bir də əvvəlki illərdə yararsız hesab olunan, lakin hələ 35 yaşına qədər komissiyadan keçənlər olacaq. Həmin şəxslərin yoxlanışlar başlayandan sonra hərbi xidmətə göndərilməsini səbirsizliklə gözləyirəm”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hərbi #xidmətə #çağırışda #yenilik #Neqodnılar #üçün #pis #xəbər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu