fbpx

Haalanda tarixi təklif – Razılıq verdi

Rüya Yorumları burda


“Mançester Siti” norveçli ulduz Erlinq Haalanda yeni müqavilə təklif edib.

BEY.AZ xəbər verir ki, norveçli ulduzun 2027-ci ilə qədər müqaviləsi olsa da, klub onun üçün artıq hərəkətə keçib. “Daily Mirror” qəzetinin məlumatına görə, “Mançester Siti” Haalanda həftəlik 600 min avro təklif edib. Bu o deməkdir ki, norveçli futbolçu ildə 30 milyon avrodan çox qazanacaq. Bu razılaşma baş tutsa, Haaland komanda yoldaşı Kevin De Bruyneni geridə qoyaraq Premyer Liqada ən çox qazanan oyunçu olacaq. “Daily Mirror” qəzetinin məlumatına görə, Erlinq Haaland klubun yeni müqavilə təklifinə razılıq verib. Bu müqavilə imzalanarsa, norveçli ulduz 2028-2029-cu il mövsümünün sonuna kimi “Mançester Siti”də çıxış edəcək. Bu, onun cari müqaviləsinə daha iki il əlavə edilməsi deməkdir. Bununla belə, yeni müqavilədə həll edilməli olan başqa məsələ də var.

Haalandın hazırkı sərbəst qalma müddəası 180 milyon avro dəyərindədir. Klub bu bəndin silinməsini istəyir. Lakin futbolçunun nümayəndələri bu maddənin saxlanmasında israrlıdırlar. Futbolçunun nümayəndələri sərbəst qalma maddəsini tamamilə aradan qaldırmaq əvəzinə məbləğin 240 milyon avroya qalıdırılmasını irəli sürüb.





Rüya tabirlerini burdan oku




ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu