Hacı Nuran evlənir – FOTOLAR
BEY MEDIA İnformasiya agenti xəbər verir
Aparıcı Nuran Hüseynov (Hacı Nuran) ailə həyatı qurur.
Metbuat.az xəbər verir ki, bu barədə aparıcı sosial mediada məlumat verərərk bu sözləri yazıb:
“Xoşbəxtlik hamının haqqıdır. Eləcə də mənim. Ömrümün 45-ci ilində əlimə bu gülü aldığım zaman içimdən qəribə bir hiss keçdi. Dünyada ən gözəl xoşbəxtlik sevib-sevilməkdir. Xoşbəxt o kəsdir ki, sevdiyi xanımla dünya evinə girir. Həyatda məncə bundan böyük xoşbəxtlik yoxdur. Ona görə də mənim əzizlərim. Sevin-sevilin. Həyat o qədər qısadır ki, onu sevdiklərinizlə mənalı edin. Elə indicə, bir dəstə gül alıb o gözəlin görüşünə gedin. Bəzən bir dəstə gül bir kitablıq sözü əvəz edir.”
O bildirib ki, 45 yaşında sevib-seçdiyi xanımla ailə qurur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.