fbpx

Hacı Təyyardan “Sevgililər Günü” ilə bağlı AÇIQLAMA: Müsəlmanların qeyd etməsi anomallıqdır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Xaçpərəstliklə bağlı haradasa bir keşiş uyğun olmayan anomal münasibəti leqallaşdırmağa çalışıbsa, bunun nəyi bayramdır? Valentin gününü müsəlmanların qeyd etməsi anomal düşüncədir”.

Metbuat.az xəbər verir ki, bu sözləri ölkə.az-a açıqlamasında din xadimi Hacı Təyyar Hüseynli 14 fevralda qeyd edilən “Sevgililər Günü” ilə bağlı fikir bildirərkən deyib.

“İslam dini sevgi, məhəbbət, sülh, əmin-amanlıq, qarşılıqlı hörmət, diqqət dinidir. İslam dinində kəbin kəsiləndə Qurani-Kərimdəki “Nur” surəsi oxunur. Bu surənin 32-ci ayəsi parametrləri evlənməyə uyğun gələn gəncləri – kişi və qadınları bir araya gətirib ailə qurmağa ciddi önəm verən ilahi göstərişdir. İslam dini qadınla kişi arasında olan normal sevgiyə “hə” deyir.

Rüya tabirlerini burdan oku

Amma qaldı ki, xaçpərəstliklə bağlı haradasa bir keşiş uyğun olmayan anormal münasibəti leqallaşdırıb və bunun nəticəsində ona sui-qəsd hazırlayıblarsa, yəni anormal sevgidirsə, İslam dini buna “yox” deyir. Müsəlmanlar əgər normal sevgi üçün bir sevgi bayramı qeyd edirsə, dinimiz buna “hə” deyir. Amma müsəlmanların xaçpərəstlərin qeyd etdiyi anormal tarixə əsaslanan bayramına o niyyətə sevinib, dəstək verməkləri anormal münasibətdir. İslamda belə bir şey yoxdur”, – ilahiyyatçı bildirib.

İlahiyyatçı hesab edir ki, müsəlmanların belə bir günü qeyd etməsi düzgün deyil:

“İslam dinində sevginin normal və anormal parametrləri var. Əgər keşiş İslam dininin müqəddəs kitabı olan Qurana, hətta xristianların müqəddəs kitabı olan İncilə görə belə, zina etməyə, anormal münasibət qurulmasına köməklik edirsə, biz buna “xəyanət” deyirik.
Hansısa keşiş kimisə dinə zidd olaraq bir araya gətiribsə və sonra bu, çox ciddi şəkildə reaksiya ilə qarşılanıbsa, bunun nəyi bayramdır ki? Bu, anormallıqdır və müsəlmanların qeyd etməsi də düzgün deyil”.

Hacı Təyyarın sözlərinə görə, xristian dünyasındakı bəzi hadisələr bütün dünyada şişirdilir:

“Bəzən xaçpərəst dünyasında müəyyən məsələlər şişirdilir. İki min əvvəl İsa peyğəmbər dünyaya gəlib. Bütün dünya bilməlidir ki, siz 2022-ci yeni ili İsa Məsihin doğumu ilə əlaqələndirməlisiniz. Yoxsa bunu hansısa qəribə personajlarla bağlayırlar. “Santa Klaus”, “Ded maroz”, “Valentin günü” və s.

Sevgi bayramı edirisinizsə bu, bütün bəşəriyyətdə qeyd edilsin, dünyada sülh olsun, qanlar tökülməsin”.

Qeyd edək ki, 14 fevral tarixi Valentin adlı rahibin ölümü ilə bağlıdır. Bəzi mənbələrdə yazılır ki, rahib Valentin Roma imperatorunun qadağan etməsinə baxmayaraq gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə, onların bu müvəqqəti görüşünü də xristianlıq qaydaları ilə qanuniləşdirməkdə davam edib. O bu əməlinə görə, zindana atılaraq öldürülüb.

Rahib Valentinin həbsxanadan keşiş dostu Mariusa “Səni sevirəm” deyə məktublar göndərməsi, faktına görə onun homoseksual olduğu fərziyyəsini irəli sürənlər də var.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu