fbpx

“Hacıbala Abutalıbovla İlqar Abbasov rayondakı torpaqları satıb, zəbt ediblər”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Seçildiyim Suraxanı rayonunda 20 il ərzində dərəbəylik hökm sürüb. Açıq danışacağam, burada 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra 14 il bir rayonda icra başçısı olmuş İlqar Abbasov rayonda nə qədər torpaq varsa satıb, zəbt ediblər”.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev Milli Məclisin iclasında deyib.

Millət vəkili vurğulayıb ki, həmin şəxslərə qoşulanlardan biri 30 il Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin sədri olan Mais Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir: “Bu rayonu 4 nəfər işğal edib. 220 min əhalisi olan rayonun bir peşə məktəbi yoxdur. Lakin onlarla pub, restoran, diskoteka var. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov və Mais Məmmədov hasara alıblar. Milyonlarla manata ev tikənlərə satırlar. Bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir. Həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Belə hallar başqa rayonlar üçün də xarakterikdir. Belə adamların əlində bələdiyyələr zəlil olub”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hacıbala #Abutalıbovla #İlqar #Abbasov #rayondakı #torpaqları #satıb #zəbt #ediblər

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin