Hacıqabulda yük maşını aşdı – Ölən və yaralananlar var
Hacıqabulda yük maşınının aşması nəticəsində ölən və yaralananlar var.
BEY.AZ xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Kamaz” markalı yük maşını anidən idarəetməni itirərək yolun kənarına aşıb.
Qəza nətisəsində Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Məmmədov Samir hadisə yerində ölüb. Digər Bakı sakinləri – 1955-ci il təvəllüdlü Məmmədov Sahib Fərzəli oğlu, 1954-cü il təvəllüdlü Məmmədova Firuzə Əsəd qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
F. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |