Hakan Çalhanoğludan “İnter”də böyük uğur
Türkiyəli futbolçu Hakan Çalhanoğlu İtaliyanın “İnter” klubunda noyabr ayının ən yaxşı futbolçusu seçilib.
BEY.AZ xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi azarkeşlərin səsverməsi nəticəsində bu ada layiq görülüb.
Hakan Çalhanoğlu noyabr ayında UEFA Çempionlar Liqasında “Arsenal” və “Leypsiq”, həmçinin İtaliya A Seriyasında “Venesiya” və “Napoli” qarşılaşmalarında performansı ilə fərqlənib. “Arsenal” ilə keçirilən matçda penalti zərbəsini dəqiq yerinə yetirən ulduz futbolçu “Napoli” ilə oyunda isə cərimə meydançası xaricindən vurduğu güclü zərbə ilə komandasına bərabərlik qazandıran qola imza atıb.
Qeyd edək ki, Çalhanoğlu cari mövsümdə “İnter” forması ilə 13 oyunda iştirak edib, 4 qol vurmağı bacarıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |