Hakan Çalhanoğluya “Bavariya” yolu göründü
“Bavariya” Türkiyə yığmasının kapitanı Hakan Çalhanoğlunu transfer etmək istəyir.
BEY.AZ xəbər verir ki, türkiyəli yarımmüdafiəçi bu təklifi müsbət qarşılayıb.
Amma “İnter”in yüksək transfer məbləğ tələb etməsi suallar yaradıb. “Neradzurri” Hakanı 60 milyon avrodan aşağı qiymətə satmayacağını açıqlayıb. Münhen klubunun 30 yaşlı futbolçuya yüksək məbləğ ödəyəcəyi inandırıcı görünmür.
Qeyd edək ki, Çalhanoğlu A seriyasının son mövsümündə 32 oyunda 13 qol vurub, 3 ötürmə edib. O, İtaliya çempionu tituluna yiyələnib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |