Hakan Fidan britaniyalı həmkarı ilə Fələstin-İsrail münaqişəsini müzakirə etdi
Türkiyə xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli ilə Fələstin-İsrail münaqişəsini müzakirə ediblər.
BEY.AZ xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi “X” səhifəsində məlumat yayıb.
Görüş Ankarada baş tutub.