fbpx

Hakan Fidan Moskvada Bakı-İrəvan sülh müqaviləsini müzakirə etdi

Rüya Yorumları burda


Bazar ertəsi Rusiyaya səfərə gələn Türkiyənin xarici işlər naziri Hakan Fidan həmin gün Moskvada Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin ilə görüşüb.

BEY.AZ xəbər verir ki, həmçinin, Fidanın Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar apardığı bildirilir.

Məlumata görə, görüşlərdə Ukraynada nizamlanma, Qəzza zolağında, Suriyada vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar müzakirə olunub.

Xatırladaq ki, Fidan 2023-cü ildə xarici işlər naziri təyin olunmazdan əvvəl uzun müddət Türkiyə Milli Kəşfiyyat Təşkilatına (MİT) rəhbərlik edib.

O, Rusiyaya səfəri çərçivəsində Nijni Novqorodda BRİKS+ ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. XİN rəhbərinin rusiyalı həmkarı Sergey Lavrovla danışıqları gözlənilir.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu