fbpx

“Hakimə dedim ki, oyunu kişi kimi idarə et”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qəbələ” Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın məşqçisi Xaqani Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Çox çətin oyun oldu. Matça yaxşı hazırlaşmışdıq. “Turan Tovuz” yaxşı oyunlar keçirib, üst pillələrdədir. Bilirdik ki, necə rəqibə qarşı oynayacağıq. Komandanı görüşə yaxşı kökləmişdik. İlk hissə o qədər də yaxşı oynamadıq. İkinci hissədə özümüzdə güc tapıb hesabı 0:2-dən 2:2-yə gətirdik. Süni meydanda oynamaq çətin idi. Düşünürəm ki, komanda əlindən gələni etdi. Belə bir oyunda heç-heçə pis nəticə deyil.

Rüya tabirlerini burdan oku

– Elmar Baxşıyevdən sonra siz də qırmızı vərəqə gördünüz. Nələr baş verir?

– Futbol emosiyalar oyunudur. İnsan özündən çıxa bilər. Hakimlər bir az səbrli olmalıdır. Biz iradımızı bildiririk. Etiraz edən kimi ikinci sarı vərəqəni verirlər. İstərdim ki, bu məsələdə hakimlər bir az diqqətli olsunlar.

– Hakimi söydüyünüz iddia olunur…

– Söyüş olmayıb. Yalan danışmaram heç vaxt. Etiraz etdim. Dedim ki, oyunu kişi kimi idarə et. Omarın epizodunda təmiz cərimə var idi, vermədi. Ona bildirdim ki, cərimə zərbəsi təyin etməliydin.

– Matçın saat 16:30-da keçirilməsinin oyununuza təsiri oldu?

– Rəqib üçün də, bizim üçün də eynidir. Bunun elə bir təsiri olmadı.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hakimə #dedim #oyunu #kişi #kimi #idarə

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu