fbpx

Hakim niyə özünə qəsd etdi?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar etməsinin səbəbləri barədə bir-birini təkzib edən xəbərlər yayılır. Hətta onun öldürülə biləcəyi ehtimalı da irəli sürülür.

Metbuat.az Bakupost.az-a istinadən xəbər verir ki, mərhum hakimin yaxın ətrafından intiharın əsl səbəbləri öyrənilib.

Məlum olub ki, hakimin intiharına səbəb ailə münaqişəsi olub. Həyat yoldaşı ilə boşanma ərəfəsində olan R. Salmanovun bu səbəbdən özünü öldürdüyü deyilir.

Rüya tabirlerini burdan oku

Ailənin dağılmasını istəməyən hakim özünə qəsd edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Hətta bundan əvvəl də intihara cəhd etdiyi bildirilir.

R. Salmanovun xəstəxanaya getməsinin səbəbinə gəlincə, məlum olub ki, o ürək-qan damar sistemi xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, R. Salmanov müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq canına qıyıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hakim #niyə #özünə #qəsd #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu