Halı pisləşən vətəndaşa apteklərdə iynə vurmaq olar?
BEY.AZ informasiya agentliyi xəbər verir
Özünü pis hiss edən vətəndaşa aptekdə necə yardım etmək olar?
Metbuat.az xəbər verir ki, Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müfəttişi Elvin Nağıyev qeyd edib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunun müvafiq maddəsinə əsasən, aptek təşkilatlarında yalnız insan həyatı üçün təhlükə olan hallarda ilkin tibbi yardım göstərilər bilər.
“İlkin tibbi yardıma yalnız bədən hərarətinin, boyun və çəkinin, arterial təzyiqin ölçülməsi və qanda şəkərin miqdarının təyini kimi kiçik prosedurlar daxildir. Lakin bu prosedurlardan əlavə apteklərdə iynə vurulması, sistem qoşulması kimi halların tətbiq edilməsi yolverilməzdir. Bu kimi hallara yol verən aptek təşkilatları İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati məsuliyyət daşıyırlar”, – deyə o qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Halı #pisləşən #vətəndaşa #apteklərdə #iynə #vurmaq #olar