HAMAS liderinin öldüyü ehtimal edilir
İsrail ordusu, Qəzzaya hücum zamanı HAMAS lideri Yəhya Sinvarın öldürülüb-öldürülmədiyini araşdırır.
BEY.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində 3 HAMAS üzvü zərərsizləşdirilib. Onlardan birinin HAMAS lideri Yəhya Sinvar olması ehtimalı araşdırılır. Hazırda terrorçuların şəxsiyyətini təsdiqləmək mümkün deyil”, – deyə İDF sözçüsü bildirib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |