fbpx

“Hamısının sonu bəllidir” – Rüstəmxanlıdan sərt reaksiya

Rüya Yorumları burda


“Hələ 2020-ci il parlament seçkilərində ətrafımdakı şəxslərə bildirmişdim ki, növbəti seçkilərə qatılmayacağam. Ömrə etibar yoxdur, niyyətimdəki yazıları yazmalıyam. Bu il növbədənkənar seçkilər qərarlaşdırılandan sonra Vətəndaş Həmrəyliyi Partiyasında dəyərli məsləkdaşlarım təkidlə seçkilərə qatılmağımın vacibliyini sübut etməyə çalışdılar”.

BEY.AZ yenisabah.az-a istinadən xəbər verir ki, bunu VI çağırış Milli Məclisin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı son günlər özü və xanımı Tənzilə Rüstəmxanlı barədə sosial şəbəkədə yazılanlara cavab olaraq deyib.

O bildirb ki, əqidədaşları partiyanın Milli Məclisdəki yerinin itirilməsini istəmirdilər.

“Lakin sözümü demişdim. Bundan sonra Tənzilə xanımın (həyat yoldaşını nəzərdə tutur-red.) söhbəti çıxdı ortaya, çünki partiyanın yaranmasında da, inkişafında da zəhməti böyükdür, bir QHT rəhbəri kimi fəaliyyəti də hamıya məlumdur, işgüzardır, deməyə sözü var…

Seçkilərə hansı dairədən qatılması məsələsində tərəddüd etmədim: Əlbəttə, Neftçala!”.

Rüya tabirlerini burdan oku

S.Rüstəmxanlı deyib ki, dörd il yarımda heç bir millət vəkili öz dairəsində onun Neftçalada gördüyüm qədər iş görməyib!

“Hər halda neftçalalılar mənim təşəbbüsümlə çəkilən yolları, su, qaz xətlərini, Kürün şorlaşmasının qarşısını alan bəndi, şəhidlərin ruhunu sevindirmək üçün gördüyüm işləri, Qəhrəmanlar parkını, şəhid və qazi ailələrinə yardımlarımı, seçicilərdən aldığım tək bir məktubu belə diqqətdən kənarda saxlamadığımı, nəhayət, parlamentdə həm Neftçalanın, həm də ölkəmizin, bölgələrimizin problemləri barədə çıxışlarımı az-çox bilmiş olarlar. Normal insanların bunlardan xəbərsiz olması mümkün deyil. Eyni zamanda, Azərbaycan Konstitusiyasına görə, vətəndaş istənilən rayonda işləyə və ya seçilə bilər”.

S.Rüstəmxanlının sözlərinə görə, seçki kampaniyasında namizədlər bütün bunlardan xəbərsiz kimi ortaya iki bəhanəylə çıxırlar:

“1. Sabir Rüstəmxanlı Neftçala üçün heç bir iş görməyib. 2. Neftçalalılar öz yerlilərini seçməlidirlər.

Bizə atılan böhtanlara, şəkillərin cırılmasına sona qədər səbrlə yanaşmışıq… Əksinə, bizə yardım edənlərə tapşırmışıq ki, başqalarının şəklini qopmuş görsəniz, yapışdırın, kimsənin əleyhinə danışmayın və s.

İndi sosial mediadakı yalan və təhqirləri oxuduqca, hərdən mənə elə gəlir ki, bir ömür milli istiqlal, dövlət müstəqilliyi, söz və mətbuat azadlığı uğrunda apardığımız mübarizə, çəkdiyimiz əziyyətlər ya qəsdən unutdurulur, ya da yeni nəslin vecinə deyil. Hədəf Azərbaycanın Xalq şairi, ömrünü milli idealların təbliğinə sərf etmiş bir adam və onun ailəsi deyil, bütövlükdə millət üçün fədakarlıqla çalışan adamlardır…

Bizim yanımızda olan birisi jurnalisti salondan çıxarmaqla səhv edib, xəbərim olsa, buna imkan verməzdim, lakin o jurnalistlərə mən geniş müsahibə vermişdim, onları xoş üzlə qarşılamışdım. Əsas mənim mövqeyimdir. Bəs bu niyə unudulur? Demokratiyadan danışanlar, demokratik mətbuatın tərəfdarları o mətbuatın ilk nümunəsini mənim yaratdığımı niyə unudurlar? Yeni əxlaq bu qədər huşsuz ola bilməz. Dünyaya açılanda kökünü unuda bilməzsən. Xəstə və satqın düşüncəni sağlam ruha qarşı silaha çevirmək olmaz! Seçki irəlidədir. Neftçala da öz seçimini edəcək!

Söyüş söyənlər öz söyüşlərini kiməsə verilən səs hesab edirlər. Doğrudanmı, bu adamlar otuz il “Xocalı soyqırımı”, “Qarabağa azadlıq!”, “Azərbaycana qarşı təzyiqlərə son!” və s. mövzuları dünyanın müxtəlif məclislərinə daşıyan bir ailəyə bu qədər hörmətsizliyi normal iş hesab edirlər? Elədirsə, onda bunlar özləri normal adam deyillər! Mən söyüşləri oxumuram və cavab vermirəm. Cavabsız söyüş onu yazanın özünə, ailəsinə, onlara tərbiyə verməyən böyüklərinə qayıdır.

Belə görünür ki, hədəf təkcə biz deyilik, bütövlükdə milli düşərgə və milli ideallardır… Bu niyyətə düşənlər çox olub! Hamısının da sonu bəllidir”, – S.Rüstəmxanlı deyib.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu