Haniyənin öldürüldüyü binanın görüntüləri yayıldı
İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülən HƏMAS lideri İsmayıl Haniyənin öldüyü binanın fotoları yayılıb.
BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, sui-qəsdin baş verdiyi bina İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın iqamətgahından 150 metr aralıda yerləşir.
Qeyd edək ki, HƏMAS rəhbəri İsmayıl Haniyə Tehrandakı iqamətgahının raketlə vurulması nəticəsində həyatını itirib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |