Haniyənin qisası alınacaq – İran
İsmayıl Haniyənin öldürülməsinə görə qisas alınacaq.
BEY.AZ xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının X hesabında edilən paylaşımda bildirilir. Qeyd edilib ki, HƏMAS liderinin öldürülməsi “qorxaq bir hərəkətdir” və bunu edənlər cavablarını alacaq.
Qeyd edək ki, İsmayıl Haniyənin Tehrandakı iqamətgahının vurulması nəticəsində o və bir cangüdəni həyatını itirib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |