Harris və Trampın debatının tarixi açıqlandı
ABŞ prezidentliyinə namizədlər vitse-prezident Kamala Harris və ölkənin keçmiş rəhbəri Donald Tramp debat keçirmək barədə razılığa gəliblər .
BEY.AZ xəbər verir ki, bu barədə “ABC News” kanalı məlumat verib.
Məlumata görə, debat sentyabrın 10-da “ABC News” kanalında baş tutacaq.
Bildirilib ki, ABC News sentyabrın 10-da ABC telekanalında prezidentliyə uyğun namizədlərin debatına ev sahibliyi edəcək.
Vitse-prezident Harris və keçmiş prezident Tramp ABC telekanalında debat edəcəklərini təsdiqləyiblər.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |