fbpx

Hava ilə bağlı XƏBƏRDARLIQ: 10-dan 11-i səhərədək…

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda və Abşeron yarımadasında martın 9-u axşamdan 10-u səhərədək arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 10-dan 11-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosundan Metbuat.aza bildirilib ki, Azərbaycanın rayonlarında martın 9-da günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 13-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Qeyd edək ki, ikinci ongünlükdə ölkə ərazisində birinci ongünlüyə nisbətən hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı, temperatur rejiminin aşağı olacağı gözlənilir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin