Hava məkanı bağlandı, ordular sərhədə gəldi
BEY.AZ informasiya agentliyi xəbər verir
Xarici qüvvə Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi ilə əməkdaşlıq edərək Nigerə hücum etməyə hazırlaşır.
Metbuat.az xəbər verir ki, bu barədə Nigerdəki hərbi xuntanın sözçüsü Amadou Abdramane açıqlama verib. “Vətəni Mühafizə üzrə Milli Şura”nın sözçüsü polkovnik Amadou Abdramane bildirib ki, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin hərbi müdaxilə təhlükəsinə görə Nigerin hava məkanı növbəti xəbərdarlığa qədər bağlanıb. Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin hərbi müdaxilə hazırlıqları çərçivəsində 2 Mərkəzi Afrika ölkəsində əsgər yerləşdirdiyini vurğulayan Abdramane, müdaxilədə iştirak edən hər bir ölkənin düşmən kimi qəbul ediləcəyini bəyan edib. Abdramane nigeriyalı gəncləri ölkələrini müdafiə etməyə dəvət edib.
Qeyd edək ki, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi devrilmiş Prezident Mohammed Bazumun azad edilməsini və vəzifəsinə qaytarılmasını tələb edib. Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi Nigerdəki hərbi çevrilişin təşkilatçılarını hərbi müdaxilə ilə hədələyib. Burkina Faso və Mali administrasiyası Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin Nigerə müdaxiləsinin onlara qarşı müharibə elanı olacağını bəyan edib. Qvineya da xuntaya dəstək bəyanatı verib.
Seneqal, Fil Dişi Sahili, Benin və Nigeriya isə üzv olduqları Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin hərbi müdaxiləsini dəstəkləyəcəklərini açıqlayıblar. Əlcəzair, Liviya, Çad və Mavritaniya kimi regionda Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinə daxil olmayan ölkələr hərbi əməliyyatı dəstəkləmədiklərini açıqlayıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hava #məkanı #bağlandı #ordular #sərhədə #gəldi