fbpx

Hava nəqliyyatı ilə sərnişindaşıma 38 % artıb



Bu ilin yanvar-iyun aylarında Azərbaycandan hava nəqliyyatı ilə 1 milyon 490 min 112 nəfər sərnişin daşınıb.

BEY.AZ Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 % çoxdur.

Hesabat dövründə ən çox sərnişin 412 min 014 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ nisbətən 28,7 % çoxdur.

Siyahıda Rusiyanı Türkiyə (377 min 083 nəfər sərnişin, +23,6 %) və Birləşmiş Ərəb Əmirlikləri (198 min 774 sərnişin, +48,9 %) izləyib.

Təkcə iyunda isə Azərbaycandan 297 min 361 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 36,6 % çoxdur. O cümlədən, ötən ay Rusiyaya səfər edənlərin sayı 32,9 % artaraq 77 min 901 nəfər olub.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin