Hava nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb
Azərbaycanda bu ilin yanvar-avqust aylarında hava nəqliyyatı ilə 2 656,7 min və ya 39,7 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən BEY.AZ-a verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmişdir.
“Bu nəqliyyat növü ilə yükdaşıma 18,5% artaraq 270,2 min ton olub”, – məlumatda qeyd olunur.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |