Hava şəraiti yenidən pisləşir – XƏBƏRDARLIQ EDİLDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında aprelin 20-si axşamdan 21-i gündüzədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 33 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 20-si axşamdan 22-si səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.