fbpx

Hava şəraitinin dəyişməsi ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Mart ayının 30-u gündüzdən başlayaraq ölkə ərazisində havanın kəskin dəyişməsi ilə bağlı Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq olunub.

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, bununla yanaşı, gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq işlərin görülməsi istiqamətində təlimatlandırılıb.

Lövbərdə duran, hərəkətdə olan gəmilərə üç dildə azərbaycan, rus, ingilis dillərində rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb. Dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar da hadisə ilə bağlı məlumatlandırılıb.

Rüya tabirlerini burdan oku

Aprelin 2-dək davam edəcək həmin günlər ərzində Xəzər Dəniz Akvatoriyasında şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-4.0 m, sonrakı inkişafda 5.5-7.5 m.çatacağı proqnozlaşdırılır.

Hazırda Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hava #şəraitinin #dəyişməsi #ilə #bağlı #gəmilərə #XƏBƏRDARLIQ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu