Havada tozun miqdarı norma daxilindədir
BEY.AZ informasiya agentliyi xəbər verir
Dünən ölkə ərazisində transsərhəd, eyni zamanda güclü şimal-qərb küləkləri nəticəsində lokal xarakterli çirklənmə müşahidə edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.
“Ötən gün Bakı şəhərinin Xətai rayonunda günün bəzi saatlarında havada tozun miqdarı 5,9, Nizami rayonunda 7,2, Səbail rayonunda 8,4, Gəncə şəhərində isə normadan 2,9 dəfə yüksək olub. Avtomatik stansiyalardan əldə olunmuş məlumatlara əsasən, aprelin 5-i səhər saatlarında havada qaz qarışıqlarının və dispers toz hissəciklərinin konsentrasiyaları norma daxilindədir”, – deyə o qeyd edib.
G.Abbasovanın sözlərinə görə, sinoptik şəraitlə əlaqədar gün ərzində zəif çirklənmə səviyyəsi proqnozlaşdırılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.