“Hazırda əhalinin 70 faizi iş qabiliyyətlidir”
BEY.AZ informasiya agentliyi xəbər verir
Hazırda əhalimiz çox cavandır. Təxminən 7 faizi ahıldır, 70 faizi iş qabiliyyətlidir.
Metbuat.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda inkişaf perspektivləri” adlı forumda deyib.
O bildirib ki, tədqiqatlar 2050-ci ildə iş qabiliyyətli əhalinin payının dəyişməz qalacağını, amma ahıl əhalinin sayının artacağını göstərir. Buna görə də, sosial dəstək tədbirləri artmalıdır və sosial sığorta sistemimizi gücləndirməliyik. Əmək bazarı daha da strukturlaşdırılmalı, sosial sığorta ödənişlərinin yetərliliyi təmin edilməlidir ki, sosial ödənişləri tam dəstəkləsin.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.