HƏMAS çağırış etdi
HƏMAS BMT-ni və beynəlxalq ictimaiyyəti İsrail terrorizmini və Qəzza zolağına hücumlarını dayandırmağa çağırıb.
BEY.AZ xəbər verir ki, HƏMAS “21 Avqust Terror Qurbanlarının Beynəlxalq Anma Günü” ilə bağlı bəyanat yayıb. Bəyanatda BMT və dünya dövlətlərinə İsrail terroruna son qoymaq üçün çağırış edilib. Açıqlamada Fələstin xalqının 70 ildən artıqdır ki, davam edən sistemli terrorun qurbanı olduğu bildirilib. Bəyanatda Fələstin xalqının qanuni haqları, torpaqları və özünümüdafiə mübarizəsi ilə bağlı ədalətli rəftar tələb edilib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |