HƏMAS-dan atəşkəs barədə ilk açıqlama
HƏMAS təşkilatı Qəzza zolağında elan edilən atəşkəs barədə açıqlama verib.
BEY.AZ Röyters agentliyinə istinadən xəbər verir ki, açıqlamada deyilir ki, atəşkəsin razılaşdırıldığına dair onlarda məlumat yoxdur. Qeyd edək ki, xarici KİV-lərdə Qəzza zolağında 5 saat atəşkəs elan edilməsi barədə məlumat dərc edilib. Röytersin məlumatına görə, ABŞ, İsrail və Misir Qəzzada atəşkəs haqqında razılığa gəliblər. Atəşkəs müddətində Misir Qəzza ilə olan Rəfah sərhəd keçid məntəqəsini yenidən açacaq. Məqsəd əcnəbi vətəndaşların Qəzzadan çıxışını təmin etmək və bölgəyə humanitar yardım çatdırmaqdır.