fbpx

​HƏMAS Ərəb Liqasına çağırış etdi



HƏMAS Ərəb Liqasının Xarici İşlər Nazirləri Şurasına çağırış edib.

BEY.AZ xəbər verir ki, bu barədə HƏMAS-ın Siyasi Bürosunun üzvü Usamə Həmdan videomüraciət yayımlayıb. O, Ərəb Liqasının Xarici İşlər Nazirləri Şurasını Qəzzada müharibəni dayandırmaq üçün İsrail və onun tərəfdarlarına təzyiq göstərməyə çağırıb. Həmdan vurğulayıb ki, İsrailin Fələstin ərazisinə hücumları təkcə fələstinliləri deyil, həm də ərəblərin milli təhlükəsizliyini təhdid edir. Ərəb ölkələrinin xarici işlər nazirləri və Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeytə müraciət edən Həmdan, İsrailin hücumlarını dərhal dayandırmaq, Qəzzanın blokadasını yarmaq və Fələstin xalqına yardımların çatdırılmasını təmin etmək üçün çalışmağın vacibliyini vurğulayıb.







ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin