fbpx

HƏMAS hücuma bu cür hazırlaşıb

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

HƏMAS radikal hərəkatı “Əqsa tufanı” əməliyyatı və İsrailə hücumu dörd ildir planlaşdırırdı.

BEY.AZ axar.az-a istinadən xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Agentlik iddia edib ki, HƏMAS-ın İsrailə hücumu iki tərəf arasında qarşıdurmada yeni dövrün başlanğıcı oldu, çünki fələstinli yaraqlılar yüksək hazırlıq səviyyəsini, eləcə də kəşfiyyatlarının effektivliyini nümayiş etdirdilər. Bu, ona görə mümkün olub ki, 2020-ci ildən HƏMAS illik təlimlər keçirir və bu təlimlər zamanı mümkün hücum ssenariləri hazırlayır.

Hərəkat nümayəndələri hər zaman hərbi təlimləri açıq keçiriblər, müxtəlif ssenarilər – şəhər mühitində döyüş əməliyyatları, şərti düşmənin yaşayış məntəqələrini və hərbi obyektlərini ələ keçirmək, sahilyanı ərazilərə hücum etmək və s. hazırlayıblar.

Yaraqlılar İsrailin Qəzza zolağına mina, tank, pilotsuz uçuş aparatları, raket əleyhinə silahlar və digər silahlar vasitəsilə mümkün müdaxiləsini dayandırmaq taktikasına xüsusi diqqət yetiriblər.

Rüya tabirlerini burdan oku

Bildirilib ki, builki təlimlər faktiki hücumdan cəmi bir ay əvvəl baş tutub və İsrail hakimiyyəti bunu ciddi qəbul etməyib və HƏMAS-ın hərbi taktikasını düzgün öyrənməyib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #HƏMAS #hücuma #cür #hazırlaşıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu